Türkiyəli məşhur jurnalist VƏFAT ETDİ
01 oktyabr 2024 09:33 (UTC +04:00)

Türkiyəli məşhur jurnalist VƏFAT ETDİ

Məşhur türkiyəli jurnalist Güneri Civaoğlu vəfat edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir müddətdir xəstəxanada müalicə olunan Civaoğlu 85 yaşında dünyasını dəyişib.

Məlumata görə, Civaoğlunun cənazəsi sabah dəfn ediləcək.

Güneri Civanoğlu kimdir? 

30 iyul 1939-cu ildə Ankarada anadan olan Güneri Cıvaoğlu jurnalist, hüquqşünas, xəbər və televiziya aparıcısı kimi uğurla fəaliyyət göstərib. Ankara Universitetinin Hüquq fakültəsində tələbə kimi fəaliyyətə başlayan Cıvaoğlu jurnalistikaya "Akış" jurnalı və "Yeni İstanbul" qəzetində müxbir kimi addım atıb.

O, Türkiyə Radio Televiziya Qurumunun yaranması prosesində səhər xəbərlərini hazırlayan komandada yer alıb. Strasburq Universitetində bir müddət iqtisadiyyat üzrə təhsil alıb. “Tərcüman” qəzetinin baş redaktoru olub. O, “Güneş” qəzetinin ortaqlarından olub və uzun müddət onun baş redaktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, aparıcı Azərbaycan auditoriyasına daha çox “Şeffaf oda” proqramı ilə tanışdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540
avatar

Fidan İlqar

Oxşar yazılar