Beynəlxalq Futbol Federasiyasının İntizam Komitəsi Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etonun 6 ay müddətinə Kamerun millisinin oyunlarında iştirakına qadağa qoyub.
Lent.az xarici mediaya istinadla bildirir ki, buna səbəb onun bu il sentyabrın 11-də Kamerun və Braziliya arasında keçirilmiş 20 yaşadək qızlar arasında Dünya Çempionatının səkkizdə bir final oyununda davranışıdır.
Bildirilir ki, Etoya tətbiq edilən qadağa onun 6 ay müddətində bütün kateqoriyalar və yaş qrupları üzrə Kamerunun kişi və qadın millilərinin oyunlarına getməsinə mane olacaq.
Mətbuatda yayılan xəbərlərə görə, 2021-ci ildən Kamerun Futbol Federasiyasına rəhbərlik edən Eto Braziliyanın xeyrinə təyin olunmuş penaltiyə etiraz edərkən hakimlərə təzyiq göstərib.