Göygöldə avtomobil piyadaları vurub.
Lent.az xəbər verir ki, hadisə şəhərin A. Kazımov küçəsində, "Aişə" restoranının qarşısında baş verib. Mehdiyev Məntiq İlyas oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar - Əliyev Mətanət Arif qızı və Nəcəfova Maral İsmayıl qızını vurub.
Nəticədə hər iki piyada xəsarət alıb, Maral Nəcəfova xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.