Yollar buz bağlayacaq
11 yanvar 2013 00:10 (UTC +04:00)

Yollar buz bağlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında yanvarın 11-də səhər qarın tədricən kəsiləcəyi, güclü şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

 

Azərbaycanın rayonlarında səhər qərb, gündüz şərq rayonlarında qarın tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 

Yanvarın 11-də Abşeron yarımadasında soyuq diskomfort şəraitin davam etməsinə

baxmayaraq oksigenlə daha zəngin və təmiz hava müşahidə olunacaq. Yanvarın 12-13-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225
avatar

Oxşar yazılar