
Üç ayda əmək müqavilələrinin sayı artıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq, ölkədə yeni iş yerlərinin açılması və məşğulluq imkanlarının artırılması daimi xarakter alıb.
Lent.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bildirir ki, bu proses, eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamı ilə minimal əmək haqqının artması, qeyri-rəsmi məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusən özəl sektorda tətbiq olunan yeni vergi-sığorta güzəştləri əmək müqavilələrinin sayında növbəti artıma imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin məlumatlarına əsasən 2019-cu ilin yanvar-mart aylarında qeydiyyata alınmış əmək müqavilələrinin sayı (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) 66 min artıb. Onlardan 47500-ü özəl, qalanı dövlət sektorunda bağlanıb.
Əmək müqaviləsi əsasında çalışmaq işçinin gələcək sosial təminat hüququna əsas yaradır, ona həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq və s. kimi hüquqlar verir. Həmçinin əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmaları baxımından xüsusi önəm kəsb edir.
Xatırladaq ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım qeydə alınmışdı.
Oxşar yazılar

Daxili İşlər Nazirliyindən ÇAĞIRIŞ: Təcili yardıma yol ver! --VİDEO
18 aprel 2025 , 20:31
Elektron siqaretlə bağlı ilk ARAŞDIRMA: Dəhşətli NƏTİCƏLƏR
18 aprel 2025 , 20:15
Maqnit qasırğaları: həftə sonu üçün PROQNOZ
18 aprel 2025 , 19:46
Həftənin sonu dörd BÜRCƏ heyrətamiz uğur gətirəcək
18 aprel 2025 , 18:38
Kamran Əliyev Milli Aviasiya Akademiyasında mühazirə oxudu
18 aprel 2025 , 18:15
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
18 aprel 2025 , 17:56
Azərbaycanda gizli kameralar necə satılır? – CƏZASI
18 aprel 2025 , 17:00