TRT-dən dəvət
10 yanvar 2013 15:52 (UTC +04:00)

TRT-dən dəvət

TRT  azərbaycanlı  sənədli film rejissorlarını “TRT Sənədli Film Mükafatı 2013”-ə dəvət edir. Lent.az-ın məlumatına görə, dünyanın dörd bir yanından  televiziyalarda çalışan sənədli film rejissorları qeyd olunan mükafat üçün bir araya gələcəklər.

 

TRT-nin həvəskar  və professional  sənədli film rejissorlarını  dəstəkləyərək , müxtəlif ölkələrdən fərqli və yüksək keyfiyyətli sənədli filmlərin tamaşaçıya təqdim etmək və dünyanın hər bir tərəfindən sənədli film rejissorları ilə  görüşüb fikir mübadiləsi aparacaq   bir layihə hazırlamaq  məqsədilə təşkil etdiyi TRT Sənədli Film Mükafatı üçün müraciətlər ötən ilin noyabrının 1-dən başlanıb.

 

TRT-nin Bakı nümayəndəsi Yüksel Değercan Azərbaycanda da xeyli sayda sənədli film prodüserlərinin olduğunu nəzərə alaraq, Azərbaycan sənədli film prodüserlərini TRT Sənədli film Mükafatı almağa dəvət edir. 

 

Milli və Beynəlxalq olmaqla  iki  kateqoriyada reallaşdırılan TRT Sənədli Film  Mükafatlarında ilk yarım finalı  keçən filmlər, İstanbulda təşkil ediləcək   TRT sənədli film günlərində   09-13 May  2013 möhtəşəm final gecəsində   rejissorlarının iştirakı ilə, tamaşaçı auditoriyasına təqdim ediləcək.

 

Qeyd edək ki, müraciət üçün son tarix  yanvarın 25-dir. Müraciətlər TRT-nin internet saytı (www.trt.net.tr) vasitəsi il də qəbul olunur .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712
avatar

Oxşar yazılar