Təbriz  məktəblərində türkcə danışan cərimələnir
11 yanvar 2013 07:43 (UTC +04:00)

Təbriz  məktəblərində türkcə danışan cərimələnir

Tehran hakimiyyəti Rza və Məhəmmədrza pəhləviləri qəbul etmədiyini bildirsə də, onları təkrar edir.

 

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, İslam Cümhuriyyəti İran mərkəzli fars düşüncə sisteminə qulluq etdiyini gizlətmir.

 

Mənbənin məlumatına  əsasən, Tehran hakimiyyətinə Təbrizdə quluq edənlər şəhər məktəblərinə yenidən cərimə sandıqları yerləşdirib.

 

Onlar bu tədbiri özəlliklə Təbrizin bir sıra qız məktəblərində, o cümlədən Həzrəti- Məsumə və Fatimiyyədə həyata keçirirlər. Azərbaycan türkcəsində, ana dilində danışan şagirdlər cərimələnir və sandığa pul atmağa məcbur edilirlər.

 

Mənbə bildirib ki, adı çəkilən məktəblərdə sandıqları «İran və dünya tarixi» dərsinin müəllimi xanım Əzizzadə yerləşdirib. O,  şagirdləri fars dilində danışmağa məcbur edir. Azərbaycan türkcəsində danışan şagirdlərlə irqçi kimi davranır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426
avatar

Oxşar yazılar