Bu gün ərzində Bakının Nizami rayonunda su olmayacaq. "Azərsu"dan Lent.az-a verilən məlumata görə, Nizami rayonu ərazisində inşa edilmiş kəmərin mövcud su təchizatı sistemlərinə qoşulması ilə əlaqədar 30 noyabr 2017-ci il tarixində gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.