
Horadizdə 1100 ağac əkiləcək
Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilir.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəq Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir.
Tədbirdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər işçiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak edirlər.
Tədbir çərçivəsində Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət ediləcək və abidənin yaxınlığındakı ərazidə aprel zəfərindən ötən hər gün üçün 1100 ağac əkiləcək. Həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində görüş keçiriləcək.
Oxşar yazılar

Bu BÜRCLƏR ciddi sınaqla üzləşəcək və həyatlarını köklü dəyişdirəcəklər
21 avqust 2025 , 19:19Hərbi prokuror şəhid Pəncəli Teymurovun ailəsində olub
21 avqust 2025 , 17:48
Küləkli hava bu tarixədək davam edəcək
21 avqust 2025 , 17:35
Azərbaycanda İNTERNET PROBLEMİ: Kiberhücum olub - YENİLƏNİB
21 avqust 2025 , 16:52
Sabah 3 rayon qazsız qalacaq
21 avqust 2025 , 16:32
Baş prokuror MDB Baş Prokurorlarının İcraçı katibini qəbul etdi
21 avqust 2025 , 15:02
Sabah çimərlikdə hava necə olacaq? - PROQNOZ
21 avqust 2025 , 14:47