Bu sexdə qənd istehsal edilib...və satılıb
11 yanvar 2013 17:24 (UTC +04:00)

Bu sexdə qənd istehsal edilib...və satılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən sexdə rafinə edilmiş, preslənmiş qəndin istehsalı və satışı qadağan edilib. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, İ.Abbasov küçəsi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ramiz Ağahüseynova məxsus sexdə dövlət nəzarəti tədbirləri həyata keçirilən zamanı müəyyən olunub ki, müəssisədə sanitariya norma və qaydalara uyğun gəlmədən, natəmiz şəraitdə, məhsul üçün müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan rafinə edilib, preslənmiş qənd istehsal olunur.

İstehsal olunan məhsulun təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikat yoxdur ki, bu da “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun deyil. Müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, xammalların və hazır məhsulların saxlandığı anbar da sanitariya normalarına cavab vermir.

Aşkar olunan nöqsanlarla əlaqədar olaraq fiziki şəxs Ramiz Ağahüseynova məxsus sexdə rafinə edilmiş, preslənmiş qəndin istehsalı və satışı qadağan edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar