Bibiheybətdə 2012-ci ilə yekunları müzakirə edilib
11 yanvar 2013 16:54 (UTC +04:00)

Bibiheybətdə 2012-ci ilə yekunları müzakirə edilib

Bibiheybət qəsəbəsində 2012-ci ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, hesabat məruzəsi ilə çıxış edən RİH başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Anar Həsənli bildirib ki, 2012-ci ildə qəsəbədəki Məktəb və Namiq Quliyev küçələrinə, Salyan şosesindən Badamdar qəsəbəsi istiqamətində uzanan yola, “Şahinbağ” yaşayış sahəsinə 10200 kv. metr yeni asfalt qatı salınıb, qəsəbə daxilində 4000 kv. metr sahədə fərdi yaşayış evlərinin hasarları və digər tikililərin divarları rənglənib, Səlyan şossesi boyunca yola 500 maşından çox torpaq qatı tökülərək, burada 750 kv. metr sahəyə qazon otu səpilib və dekorativ ağaclar əkilib. Bundan başqa qəsəbədəki Mədəniyyət evi və kitabxanada  təmir-bərkitmə işləri aparılır, burada əlavə otaq tikilir.

 

Yığıncaqda çıxış edən Səbail RİH başçısı Asif Əsgərov görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib və qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması işləri həyata keçirilir. Başçı bildirib ki, bu il qəsəbədaxili yollar, qəsəbədəki  mədəniyyət evi və kitabxanada, uşaq bağçasında əsaslı təmir bu il başa çatdırılacaq, qəsəbənin su və kanalizasiya sistemi yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcək.

 

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604
avatar

Oxşar yazılar