Bakıda bomjlara sığınacaq veriləcək
11 yanvar 2013 12:57 (UTC +04:00)

Bakıda bomjlara sığınacaq veriləcək

“Paytaxtda havanın temperaturu mənfiyə enən kimi Bakının müxtəlif yerlərində səyyar sığınacaqlar yaradılacaq. Artıq bütün avadanlıqlar hazırdır”. Bunu Lent.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlham Məmmədov bildirib. Şöbə müdiri qeyd edib ki, həmin sığınacaqlar təkcə səfillər üçün nəzərdə tutulmayıb: “Ola bilsin ki, kimsə rayondan Bakıya gəlib, yollar buz bağladığı üçün geri qayıda bilmir və gecələməyə yeri yoxdur. Həmin şəxslər və bu kimi digər insanlar da sığınacaqlardan istifadə edə biləcəklər”.

 

İ. Məmmədov onu da vurğulayıb ki, qeyd olunan sığınacaqlar gündə 3 dəfə yemək, isti çay və ilk tibbi xidməti ilə təmin ediləcək.

 

“Ötən il Bakının beş rayonunda səyyar sığınacaqlar salınmışdı. Bu il ehtiyac olarsa, sığınacaqların sayını artıra bilərik”-deyə, şöbə müdiri əlavə edib.

 

Bölgələrdə də bu kimi sığınacaqlar qurula bilərmi sualına İ Məmmədov belə cavab verib: “Əgər müraciətlər olarsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bölgələrdə də bu kimi sığınacaqlar qura bilər. Heç bir problem yoxdur” .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162
avatar

Oxşar yazılar