Azərbaycana 62 sm qar yağıb
10 yanvar 2013 19:38 (UTC +04:00)

Azərbaycana 62 sm qar yağıb

Ekologiya Nazirliyi ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti haqqında məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin əvvəlcədən verdiyi məlumata görə yanvarın 9-da axşama doğru yağıntı Respublikanın

əksər rayonlarını əhatə edib. Yanvarın 10-da hava şəraiti daha da kəskinləşib, bəzi

yerlərdə intensiv və güclü qar yağıb. Bakıda və Abşeron yarımadasında isə yanvarın

09-da axşam saat 18 radələrində yağıntı başlamış, 21 radələrində sulu qara keçib,

yanvarın 10-da gecə və səhər sulu qar, qar yağıb.

 

 

Ən çox düşən yağıntının miqdarı: Sarıbaşda (Şəki) 23 mm, Gədəbəydə 22 mm, Göygöldə 20 mm, Şəkidə 19 mm, Zaqatala, Ağstafada 15 mm, Daşkəsəndə 12 mm, Qubada 11 mm, Kişçay (Şəki) 16 mm, Yevlaxda 10 mm, Oğuz, Qəbələdə 9 mm, Naxçıvan, Astarada 8 mm, Lənkəran, Altıağacda 7 mm, İsmayıllı, Şahbuz, Bərdə, Zərdab, Göytəpə, Yardımlıda 6 mm, Şərur, Gəncə,

Şəmkir, Xaçmaz, İmişli, Kürdəmir, Tərtər, Salyan, Qazıməmməddə 5 mm, Lerikdə 4

mm, Naftalan, Tovuz, Beyləqan, Cəfərxanda 3 mm, Sabirabad, Şamaxıda 2 mm, Culfa,

Ordubad, Biləsuvar, Rvarudda (Lerik) 1 mm, Mərəzədə 0.7 mm, Bakıda və Abşeron

yarımadasında: Bakıda 8 mm, Neft daşlarında 7 mm, Binədə 5 mm, Pirallahı və

Sumqayıtda 3 mm olub.

 

Qar örtüyünün hündürlüyü:

 

Sarıbaşda 62 sm, Zaqatalada 39 sm, İlisuda 34 sm, Gədəbəydə 26 mm, Göygöldə 24 sm, Daşkəsəndə 20 sm, Ceyrançöldə 12 sm, Altıağacda 10 sm, Şahbuzda 18 sm, Kişçayda 17 sm, Naxçıvanda 10 sm, Şəkidə 9 sm, Ağstafada 7 sm, Şərurda 6 sm, Rvarud və İsmayıllıda 5 sm, Qəbələdə 4 sm, Lerik, Kəlvəz və Oğuzda 2 sm, Gəncədə 1 sm təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326
avatar

Oxşar yazılar