ARDNŞ Göyçaydakı partlayışla bağlı açıqlama yaydı
11 yanvar 2013 13:22 (UTC +04:00)

ARDNŞ Göyçaydakı partlayışla bağlı açıqlama yaydı

Bu gün Qazıməmməd-Qazax magistral qaz kəmərinin 128-ci kilometrliyində baş vermiş qəza ilə əlaqədar Göyçay rayonunun 6 kəndi və rayon mərkəzinin 1500 abonentinin qaz təchizatı dayandırılıb.

 

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qəzanın operativ olaraq aradan qaldırılması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bütün mümkün tədbirlər həyata keçirilir. 

Təmir işləri aparılan müddətdə respublikanın digər yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olmayacaq. 

 

Qeyd edək ki, bu gün səhər saat 7:20 radələrində diametri 1020 mm olan Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən hissəsində çox güclü partlayış baş verib. Qaz kəmərində yaranmış sızma nəticəsində alışma baş verib. Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb. Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Partlayış baş verən ərazinin yüksəklikdə yerləşməsi və yolların qarlı-buzlu olması  texnikanın hadisə yerinə cəlb olunmasında böyük problemlər yaradıb. Bunun üçün də alovun qarşısının alınmasında çətinlik yaranıb. Dağlıq ərazidə alov 100 metrdən çox yüksəyə qalxdığı üçün ətraf rayonlardan aydın müşahidə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974
avatar

Oxşar yazılar