65 min “Tələbə kartı” paylanıb
12 yanvar 2013 11:13 (UTC +04:00)

65 min “Tələbə kartı” paylanıb

“Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində 65 min tələbə kartı artıq paylanılıb. Lent.az-ın məlumatına görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov bildirb ki, kart sahibi olan tələbə-gənclər ölkənin müxtəlif mağazalarında, əyləncə və alış-veriş mərkəzlərində, komputer mağazalarında və bu kimi digər yerlərdə 5%-dən 50%-ə qədər endirimlər əldə edirlər.

 

Şahin İsmayilov bildirib ki, kart daşıyıcıları üçün güzəştlərin tətbiq olunduğu bütün obyektlərin vahid kataloqu da hazırlanıb, paylanılır ki, bu günə qədər 200 min kataloqun çap olunması nəzərdə tutulub. Eyni zamanda vurğulanıb ki, tələbə kartı ilə bağlı problemlərin aradan qaldırılması və əlavə məlumat üçün xüsusi qaynar xətt (187) də yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029

Oxşar yazılar