Biləsuvarda iki minik və bir yük avtomobili toqquşub.
Lent.az xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.
İki minik və bir yük avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə bir nəfər ölüb, Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri 2002-ci il təvəllüdlü Həmidov Əlvan Şəfi oğlu, 2002-ci təvəllüdlü Xanverdiyev Elmin Şaban oğlu və 2000-ci il təvəllüdlü Cəfərov Nəsib Bahadur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunub.
Yaralananların Cəlilabad rayon sakinləri olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)