"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəmə işi ilə bağlı YENİ XƏBƏR
03 sentyabr 2025 18:38 (UTC +04:00)

"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəmə işi ilə bağlı YENİ XƏBƏR

0

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradovla birgə ittiham olunan Ramil Paşşanovun hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Ramil Paşşanovun cəzası azaldılaraq 5 ilə endirilib.

Qeyd edək ki, F. Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qismində tanınıb.

Gəncə Ağır Cinayətlər Məhkəmsinin hökmünə əsasən, təqsirləndirilən F. Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Gülnar Hacıyevaya isə 5 il cəza müəyyən edilib. Azyaşlı övladının olmasını nəzərə alaraq, cəza şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Apellyasiya Məhkəməsi Fuad Muradovun hökmdən verdiyi şikayəti təmin etməyib.

Fuad Muradov "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar