Artıq temperaturum yoxdur
12 dekabr 2020 12:50 (UTC +04:00)

Artıq temperaturum yoxdur

Virusa yoluxanların karantin müddəti 8-10 gün olmalıdır?

Virus orqanizmə düşdükdən sonra əlamətlərin özünü göstərmə müddəti 2 gündən 5 günə qədər çəkə bilir.
Koronavirusa yoluxanların isə 10 gündən sonra yoluxduruculuq riski azalır.
Lent.az xəbər verir ki, bunu Türkiyənin professoru Hakan Oğuztürk deyib.

Professor, virusa yoluxanların karantin müddətinin 14 gündən 8 və ya  10 günə qədər azaldılmasının, xəstəliklə mübarizidə faydalı olacağını deyib:"Artıq dünyada da virusa yoluxanların karantin müddətinin azaldılması ilə bağlı qərarlar qəbul edilir.

İzolyasiya müddətinin azaldılması virusa yoluxma sayının azalmasına və mübarizə tədbirlərinə müsbət təsir edər. Xəstəliyi əlamətsiz keçirən insanlar təkrar test edilmədən də karantindən çıxa bilər. Amma yüksək riskli işlərdə işləyənlər bu siyahıya aid olunmamalıdır". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1002
avatar

Aygün İbrahimli

Oxşar yazılar