Talassemiya Mərkəzi
05 may 2021 14:36 (UTC +04:00)

Talassemiya Mərkəzi

Talassemiya Mərkəzinin 20 əməkdaşının işdən çıxarılmasına RƏSMİ CAVAB 

“Talassemiya Mərkəzi və B. A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitunun, eləcə də digər tibb müəssisələrinin yalnız direktor və direktor müavinlərinin təyinatı və işdən azad edilməsi TƏBİB-in İdarə Heyətinin sədrinin qərarı ilə həyata keçirilir”. 

Lent.az xəbər verir ki, bu haqda TƏBİB rəsmi açıqlama  yayıb.  

Açıqlamada bildirilir ki, digər bütün struktur bölmələrin əməkdaşlarını müəssisənin rəhbəri işə qəbul edir və işdən azad edir. Odur ki, sözügedən müəssisənin 20-ə yaxın əməkdaşının işdən azad edilməsinin TƏBİB-in İdarə Heyətinin sədrinin həyata keçirməsi həqiqəti əks etdirmir. Əməkdaş işdən azad edilməsi qərarı ilə razılaşmadığı təqdirdə, müəssisə rəhbərinə müraciət edərək şikayətini bildirə bilər.

Qeyd edək ki, Elmi-Tətqiqat Hematologiya və Transfuziologiya İnstitutunun keçmiş texniki Sultanov Teymur Aslan oğlu bu barədə məlumat yayıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2520
avatar

Nigar Adil

Oxşar yazılar