Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 5-də ölkə üzrə 424 ictimai iaşə obyektində 702 monitorinq keçirilib.
Qurumdan Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. 26A ünvanında yerləşən, hüquqi şəxs "Bon Appetit" MMC-yə məxsus kafe;
Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi 5b ünvanında yerləşən, fiziki şəxs Məmədov Cəmaləddin Elxan oğluna restoran;
Bakı şəhəri, Səbail rayonu, Dəniz Mall t/m-də yerləşən, hüquqi şəxs "GFC" MMC-yə məxsus restoran;
Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehtiyev küçəsi 81a ünvanında yerləşən, fiziki şəxs Məmmədov Azər Bilal oğluna məxsus “Quzu Qabırğası” kafesi;
Bakı şəhəri, Nizami rayonu, Xarici dairəvi yolunda yerləşən, fiziki şəxs Cahangirov Ruslan Həmid oğluna məxsus “Səhər Mehi” restoranı;
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., H. Z. Tağıyev küç., ev 122 ünvanında yerləşən, fiziki şəxs Yusibov Ceyhun Adil oğluna məxsus restoran;
Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi 29 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Oqtay Emin oğluna məxsus “Peçat” dönər evi.