Qız istəməyə   getdi, saxlanıldı: Bu şəklin  cəzası   ağır oldu
27 iyun 2025 18:40 (UTC +04:00)

Qız istəməyə getdi, saxlanıldı: Bu şəklin cəzası ağır oldu

Konyanın polis qrupları sosial mediada gündəm olan evlilik təklifi mərasimi zamanı edilən şou ilə bağlı araşdırmaya başlayıb. İstintaq nəticəsində müəyyən edilən şəxs nəzarətə götürülüb və "İctimai təhlükəsizliyi qəsdən təhlükəyə atma" və "Yol hərəkəti təhlükəsizliyi" cinayətlərinə görə 15 min lirə məbləğində cərimə kəsilib. 

Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, əldə edilən məlumata görə, iyunun 23-ü bazar ertəsi günü Konyanın mərkəzi Səlçuklu rayonunda keçirilən evlilik təklifi mərasimi zamanı böyük bir qrup insan yolu bağlayıb, məşəllər yandıraraq qızın evinə gedib.

Bu görüntülər sosial şəbəkələrdə və mətbuatda yayıldıqdan sonra vətəndaşlardan polis şöbəsinə çoxlu məlumat və şikayətlər edilib. Şikayətlər əsasında işə başlayan Səlcuqlu dairə təhlükəsizlik qüvvələri bəyliyə namizədin M.E.Ö. olduğunu təyin edib və onu saxlayıb. M.E.Ö. haqqında qanuni iş başlanılıb. Hadisəli evlilik təklifi mərasimi ilə əlaqədar istintaq başlayıb. 

Bundan əlavə, M.K. və Ş.Y. yolun hərəkətinə mane olacaq hərəkətlərə, ictimai asayişi pozacaq şəkildə avtomobil idarə etməyə, yol hərəkəti təhlükəsizliyinə təhlükə törətməyə, görmə qabiliyyətinə mane olacaq bəzək və aksessuarlardan istifadə etməyə görə 15 163 lirə cərimə edilib, onların sürücülük vəsiqələrinə 60 cərimə balı əlavə edilib. Onlar yol hərəkəti təhlükəsizliyini təhlükə altına alma maddəsi ilə polis bölməsinə aparılıb. Bəyliyə namizəd M.E.Ö.nin lisenziyasının daha əvvəl təhlükəli zolaq dəyişdirmə və bu kimi qanun pozuntularına görə ləğv edildiyi öyrənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar