Qanunsuz ov edən ərəblər SAXLANILDI
22 noyabr 2021 18:43 (UTC +04:00)

Qanunsuz ov edən ərəblər SAXLANILDI

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində Mahmudçala Ovçuluq Təsərrüfatında Azərbaycanın ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

Araşdırma zamanı onların Küveyt vətəndaşları Muhammad Almutairi, Abdullah Alateeo, Nawaf Alateeo və Abdulrahman Alghareeb olduğu müəyyən edilib.

Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 4 000 manat məbləğində cərimə olunublar.

# 2376
avatar

Aytəkin Cəlali

Oxşar yazılar