Müavinət və təqaüdlərin artımı nə qədər adama aid ediləcək? - CAVAB
20 dekabr 2021 14:45 (UTC +04:00)

Müavinət və təqaüdlərin artımı nə qədər adama aid ediləcək? - CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bu günə olan mövzu müavinət və təqaüdlərin artımının nə qədər adama aid edilməsi ilə bağlıdır.

Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində xüsusilə son illərdə geniş miqyas alan islahatların uğurla davamını təmin edir.

Bəs, bu artım kimlərə və nə qədər adam aiddir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a bildirilib ki, yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edir:

Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər;

Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər;

Yaşa görə müavinət alanlar;

Ailə başçısını itirməyə görə müavinət alanlar;

Müddətli hərbi xidmətdə olanların uşaqları;

Uşaqların qəyyumları;

Beşdən çox uşağı olan qadınlar;

Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr;

Övladlığa uşaq götürənlər;

İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları;

“Xalq” və “Əməkdar” fəxri adı olanlar;

Doktorant və tələbələr.

Həmçinin aşağıdakı birdəfəlik müavinətlər artırılır:

Uşağın doğulmasına görə birdəfəlik müavinət;

Dəfn üçün birdəfəlik müavinət.

Artımlar qmumilikdə bu qədər adama təsir edəcək.

Artım ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

# 2181
avatar

Aytəkin Cəlali

Oxşar yazılar