Mədəniyyət naziri koronavirusa yoluxdu
21 aprel 2021 13:52 (UTC +04:00)

Mədəniyyət naziri koronavirusa yoluxdu

Mədəniyyət naziri Anar Kərimov koronavirusa (COVID-19) yoluxub.

Lent.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ondan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb. 

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Nazirlikdən Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığı və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdikləri bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3138
avatar

Oxşar yazılar