Maşınların bu hissəsinə plyonka çəkilməsi  QADAĞAN EDİLDİ
12 aprel 2021 18:04 (UTC +04:00)

Maşınların bu hissəsinə plyonka çəkilməsi QADAĞAN EDİLDİ

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında| qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib.

APA-nın məlumatına görə, qanuna əsasən, nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı dəyişib.

Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan nəqliyyat vasitələrinin nasazlıqları sırasına jalüz çəkilməsi də daxil edilib.

Eyni zamanda, avtomobillərin və avtobusların qabaq  şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilməsinə dair müddəa ləğv edilir. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə isə yenə də icazə veriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasını müəyyən edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4161
avatar

Oxşar yazılar