Leysan, dolu, sel və güclü külək  XƏBƏRDARLIĞI
20 iyun 2025 16:54 (UTC +04:00)

Leysan, dolu, sel və güclü külək XƏBƏRDARLIĞI

İyunun 21-24-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

***

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 21-gündüzdən 24-dək Naxçıvan MR, Ağstafa, Qazax, Gəncə, Samux, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Daşkəsən, Naftalan, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, Yevlax, Laçın, Şabran, Şəki, Zaqatala, Balakən, Qax, Siyəzən, Xızı, Qobustan, Qusar, Sabirabad, Salyan, Ağdərə, Ağdam, Bərdə, Tərtər, Neftçala, Lerik, Yardımlı, Biləsuvar, Masallı, Hacıqabul, Saatlı, Şirvan, Lənkəran, Astara, Cəlilabad, Mingəçevir, Xaçmaz, Füzuli, İmişli, Beyləqanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 934

Oxşar yazılar