Koronavirusa yoluxan xərçəng xəstələri niyə tez sağalır? - Həkim  DANIŞDI
18 may 2021 18:51 (UTC +04:00)

Koronavirusa yoluxan xərçəng xəstələri niyə tez sağalır? - Həkim DANIŞDI

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında bu günün mövzusu koronavirusa yoluxan və kimyaterapiya müalicəsi alan xərçəng xəstələrinin niyə tez sağalması ilə bağlıdır.

Həkim Şahin Məmmədovanın sözlərinə görə, xərçəng xəstələrində immun sistemi zəifdir və bu bəzən COVID-19 virusuna yoluxanların müalicəsinə yardım edir. 

“Bəzən xəstəni ağırlaşdıran elə immun sisteminin özü olur. Buna görə COVİD -19 xəstələrinin müalicəsində immun modulyatorlarının istifadəsinin əleyhinəyəm. Kimyaterapiya müalicəsi alan xəstələrdə makrofaq aktivasiya sindromu, sitokin storm əmələ gəlməsi ehtimalı azalır. Amma bu həmişə belə deyil. Xüsusən, bakterial infeksiya riski bu tip koronavirusa yoluxan xəstələrdə yüksəkdir. Bu cür xəstələrdə aseptika, antiseptika qaydalarına daha çox nəzarət olunmasını məsləhət görərdim”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3204
avatar

Nigar Adil

Oxşar yazılar