Katalizatoru olmayan maşın sahiblərinə cərimə yazılacaq? - RƏSMİ CAVAB
16 may 2021 18:01 (UTC +04:00)

Katalizatoru olmayan maşın sahiblərinə cərimə yazılacaq? - RƏSMİ CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında bu günün mövzusu katolizatoru olmayan avtomobillərlə bağlıdır.

Ramazan bayramı ərəfəsində ölkədə, xüsusən paytaxt Bakıda katolizator sistemi olmayan avtomobillərin hərəkətinə qadağa qoyulacağı ilə bağlı məlumatlar yayılıb. Aidiyyatı qurumlar da mövzu barədə açıqlama verərək, sürücülərə müraciət ediblər. Məlumatlara görə, həmin qurğu olmayan maşınların hərəkətinə icazə verilməyəcək və nəqliyyat vasitəsinin sürücüsü cərimələnəcək.

Görəsən, katolizator sistemi olmayan avtomobillərin sürücüləri doğrudan da cərimələnəcəkmi?

Rubrikamızın sualına Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov aydınlıq gətirib. Onun sözlərinə görə, məsələ ilə bağlı hələ ki cərimələr nəzərdə tutulmur:

“Avtomobil sahibləri təzə maşın alanda hər yerinə diqqətlə baxdıqları kimi, katolizatora da diqqət ayırsınlar. Bu qaydanı maşını satanda da yerinə yetirsinlər. Katolizatorsuz maşınlar daha çox xaricdən ölkəyə gətirilir. Buna görə də xarici ölkələrdən avtomobil sifariş verən, gətirən hər kəsə üz tutub deyirəm ki,  katolizatorun olub-olmamasına xüsusi fikir versinlər.

Həmin qurğu zəhərli qazların avtomobildən çıxıb atmosferə yayılmasının qarşısını nisbətən alır. Mühərrikin səsinə də təsiri var. Sürücülərdən xahiş edirik, katolizatorların ekologiyanın təmiz saxlanılmasında rolunu nəzərə alsınlar. Yol hərəkəti qaydalarına əsasən, bu qurğu olmayan maşınlar texniki cəhətdən saz sayılmır və hərəkətinə icazə verilmir. Ancaq hələ ki katolizatoru olmayan nəqliyyat vasitələri üçün hər hansı cərimə tətbiq olunması barədə müzakirə aparılmır. Məqsədimiz, ümumiyyətlə, vətəndaşları cərimələr ilə qorxutmaq deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5772
avatar

Mehman Nəbiyev

Oxşar yazılar