Güclü yağışlarla bağlı daha bir RƏSMİ MƏLUMAT  yayıldı
22 oktyabr 2024 10:19 (UTC +04:00)

Güclü yağışlarla bağlı daha bir RƏSMİ MƏLUMAT yayıldı

Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb.

Lent.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova  bildirib. O, deyib ki, hazırda ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraitində fasilə yaranıb.

O qeyd edib ki, hazırda yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında, Qobustan, Oğuz, Şəki, Qəbələ, İsmayıllıda müşahidə olunur, arabir qısamüddətli leysan xarakterli yağış yağır. 

Müşahidə olunan yağıntılı hava şəraiti bu gün günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq  əksər rayonlarda  tədricən kəsiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 61137
avatar

Oxşar yazılar