Evlərini tərk edən COVID  xəstələri barəsində cinayət işi başladı
14 aprel 2021 10:07 (UTC +04:00)

Evlərini tərk edən COVID xəstələri barəsində cinayət işi başladı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 13-də respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan 3 nəfər tibbi prosedurlar gözləməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Vəziyyətləri nisbətən ağır olan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695
avatar

Oxşar yazılar