Daha bir məktəbdə dərslər DAYANDIRILDI
30 noyabr 2021 16:30 (UTC +04:00)

Daha bir məktəbdə dərslər DAYANDIRILDI

Bakıda daha bir məktəbdə dərslər dayandırıldı.

Bakı Şəhər Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, 45 nömrəli tam orta məktəb distant tədrisə keçib.

Paytaxtdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək

COVİD-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbdə dərslərin əyani keçirilməsi müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

# 2106
avatar

Aytəkin Cəlali

Oxşar yazılar