Daha bir marşrutda gediş haqqı "Bakı Kart"la ödəniləcək
01 iyun 2021 15:19 (UTC +04:00)

Daha bir marşrutda gediş haqqı "Bakı Kart"la ödəniləcək

Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42 faiz) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Qeyd edilib ki, iyunun 2-dən etibarən 144 saylı marşrut xətti (Buzovna qəsəbəsi - Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Həmçinin sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xəzər rayonu, Mərdəkan və Buzovna qəsəbələri üzrə Sergey Yesenin döngə 2, Baba Əliyev 244, Yesenin 62, Mərdəkan 152, Qılman İlkin küç., Zuğulba - Həydər Eyvazov küçəsi 1A, Buzovna qəs - Şüvəlan yolu,  Mustafa Sübhi 2, Rasim İmanov 24 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar