Daha 7 marşrut xətti "BakıKart"la ödənişə keçdi
16 may 2021 15:33 (UTC +04:00)

Daha 7 marşrut xətti "BakıKart"la ödənişə keçdi

Sərnişindaşımalarda nağdsız ödənişlərin tətbiqi davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, artıq paytaxtın marşrut şəbəkəsinin 35 faizində ümumi dövriyyənin şəffaflaşdırılması mümkün olub. Bu isə vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.   

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.  Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33 faiz) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. 

Mayın 17-dən 20-dək daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Belə ki,  mayın 17-də, 29 və 81, mayın 18-də  71 və 83, 19-da 53 və 66 və 20-də isə 31 saylı müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da “BakıKart” sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq.  

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190
avatar

Mehman Nəbiyev

Oxşar yazılar