Bu xəstəlik Azərbaycanda da var - Həkimdən  XƏBƏRDARLIQ
20 may 2021 15:07 (UTC +04:00)

Bu xəstəlik Azərbaycanda da var - Həkimdən XƏBƏRDARLIQ

Hindistanda yeni xəstəlik yayılmağa başlayıb. Bir çox insanın ölümünə səbəb olan bu xəstəlik “Qara kif” adlanır. Alimlər xəstəliyin digər ölkələrə yayılacağından narahatdır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Lent.az-a bildirib ki, “Qara kif” xəstəliyi Azərbaycanda və dünyanın hər yerində çoxdan var:

Tibb elmləri doktoru, professor Adil Qeybulla

“Hansısa ağacın, materialın üzərində, hətta yerdən nəm çəkən betonda, müəyyən örtüklər üzərində bu “Qara kif”i görə bilərik. Bu əslində təkcə Hindistanda yayılmayıb. 

Adil Qeybulla xəstəliyin insana da keçdiyini və yoluxucu olduğunu bildirir:

“Əgər hansısa şəhərdə “Qara kif” xəstəliyi yayılıbsa, dərhal həmin yerdə karantin elan olunmalıdır”. 
 

# 5178
avatar

Nigar Adil

Oxşar yazılar