Bu uşaqlar uşaqlar 22-ci əsrdə yaşayacaq
01 yanvar 2021 13:45 (UTC +04:00)

Bu uşaqlar uşaqlar 22-ci əsrdə yaşayacaq

BMT-nin Uşaq Fondu (UNİCEF) 2021-ci ildə dünya üzrə uşaq doğumuna dair proqnozunu açıqlayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, 1 yanvar 2021-ci ildə dünyaya gələn uşaqların orta ömürü 84 il olacaq.

Beləliklə, 2021-ci ildə dünyaya gələn uşaqlar 22-ci əsrdə də yaşayacaq.

Bu il dünyada ilk körpə Sakit okeandakı Fici adasında dünyaya göz açıb. 2021-ci ilin ilk günündə 371 min uşağın dünyaya gəlməsi gözlənilir. Onların yarıdan çoxu Hindistan, Çin, Pakistan, İndoneziya, Efiopiya, ABŞ, Misir, Banqladeş və Konqo Demokratik Respublikasında anadan olacaq.

Analitiklər 2021-ci ildə ümumilikdə 140 milyon uşağın dünyaya göz açacağını proqnozlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3303
avatar

Oxşar yazılar