Bu marşrutların istiqaməti çimərliyə görə dəyişdirildi -  SİYAHI
14 iyun 2022 16:32 (UTC +04:00)

Bu marşrutların istiqaməti çimərliyə görə dəyişdirildi - SİYAHI

Bakı şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında müvafiq sərəncamı nəzərə alınaraq 2022-ci il yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə iyunun 15-dən qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemlərində dəyişikliklər ediləcək.

Bu barədə Lent.az-a Bakı şəhər İcra Hakimiyyəti başçısı yanında Bakı Nəqliyyat Agentliyindən bildirilib. Dəyişikliklər olan marşrut xətləri aşağıdakılardır:

101 saylı marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək təşkil ediləcək;

107 saylı marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək təşkil ediləcək; 

146 saylı marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək təşkil ediləcək;

171 saylı marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək təşkil ediləcək;

172 saylı marşrutun hərəkət istiqaməti “Bilgəh” bağlarınadək təşkil ediləcək;

179 saylı marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək təşkil ediləcək;

180 saylı marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək təşkil ediləcək;

182 saylı marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək təşkil  ediləcək.

Eyni zamanda yay mövsümündə vətəndaşların Koroğlu NMM-dən Mərdəkan çimərliyinədək (Şüvəlan – Buzovna yolu)  ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün M10 nömrəli mövsümi ekspres marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Başlanğıc dayanacaq məntəqəsi “Koroğlu” NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi (Şüvəlan – Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək. Marşrutun gediş tarifi 0,50 AZN müəyyən edilib.

M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin “Koroğlu” NMM-lə daha yaxşı əlaqələndirilməsi təmin olunacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2892
avatar

Oxşar yazılar