Bakıda yolda qalan sürücülər sinələrinə qədər suya batdlar -VİDEO
22 oktyabr 2024 10:24 (UTC +04:00)

Bakıda yolda qalan sürücülər sinələrinə qədər suya batdlar -VİDEO

Dünəndən başlayıb hələ də davam edən güclü yağışlar Bakıda nəqliyyatın hərəkətinə xeyli çətinlik törədib. Bakının Sabunçu rayonunda, Mərdəkan körpüsünün  altında çətin vəziyyət yaranıb.

 Lent.az xəbər verir ki, həmin ərazidən görüntüləri jurnalist Əzizə İsmayılova yayıb. Videogörüntülərdə suyun içində batıb qalmış avtobusu sürücülər öz gücləri ilə çəkib çıxarmağa çalışırlar. Onların sinəsinə qədər suya batdığı görünür.

“Şəhərin bu ağlamalı vəziyyətinə görə aidiyyatı qurumlarda görəsən heç utanan oldumu? Kimdənsə hesab soran olacaqmı ki, şəhər niyə su altında qalıb? Mümkün qədər şəxsi avtomobillərlə evdən çıxmayın, əziz adamlar. Neçə-neçə maşınlar suyun içində sönüb qalıb” deyə o paylaşımına şərh yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar