Bakı İstintaq Təcridxanasında BİTDƏN XƏSTƏLİK   yayılıb?
08 may 2024 22:41 (UTC +04:00)

Bakı İstintaq Təcridxanasında BİTDƏN XƏSTƏLİK yayılıb?

Bu gün sosial şəbəkələrdə Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında (BİT) bitdən xəstəlik yayılması barədə məlumatlar yayılıb.

Lent.az-ın məlumatına görə, bu barədə yazan həkim Aydın Əliyev bitlərin müxtəlif xəstəliklərin yoluxdurucusu olduğunu da qeyd edib.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətdən isə bildirilib ki,  təcridxanada bit xəstəliyi yayılması haqda deyilənlər həqiqəti əks etdirmir: "Qeyd edilənlər həqiqəti əks etdirmir, bütün penitensiar müəssisələrdə mütəmadi olaraq məhkum və həbs edilmiş şəxslərin saxlandığı kameralarda, yataqxanalarda və digər yaşayış yerlərində mütəmadi olaraq sanitar-gigiyena və əksepidemik tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir və nəzarətdə saxlanılır. 

Bakı İstintaq Təcridxanasında (BİT) qadınların saxlandığı hər bir kamerada duş qəbul etmək üçün isti və soyuq su ilə təmin edilmiş hamam avadanlıqları və sanitar-gigiyena qaydalarına cavab verən sanitar qovşaqlar mövcuddur. 

Həbs edilmiş şəxslərə həftədə 1 dəfədən az olmayaraq, havaların isti keçdiyi dövrlərdə daha tez-tez hamam və ya duş qəbul etmək üçün şərait yaradılır. 

Penitensiar müəssisələrdə saxlanılan qadınlar qanunvericilikdə nəzərdə tutulmuş xüsusi gigiyena ləvazimatları ilə təmin edilirlər"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5976
avatar

Oxşar yazılar