ANAMA-nın minaya düşən əməkdaşının vəziyyəti açıqlandı
06 avqust 2021 15:43 (UTC +04:00)

ANAMA-nın minaya düşən əməkdaşının vəziyyəti açıqlandı

Avqustun 6-da işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Agentliyin əməkdaşı Əliyev Fərid Əlimusa oğlu tam həkim müayinəsindən keçirilib.

Bu barədə Lent.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Onun baş beyin kompüter tomoqrafiyası (KT) icra edilib, eyni zamanda gözləri müayinə olunub.

Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2013
avatar

Oxşar yazılar