Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı  yola salındı
20 may 2025 06:41 (UTC +04:00)

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Lent.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar