Mağazadan alınan dondurma uşaqlar üçün ən yaxşı seçim deyil. Həqiqətən faydalı və təhlükəsiz deserti ev şəraitində asanlıqla hazırlamaq mümkündür. Bunun üçün sizə şirəli çiyələk lazım olacaq, klassik şəkər tozunun əvəzinə isə baldan istifadə etmək daha doğrudur.
Lent.az bu dondurma reseptini təqdim edir:
Tərkibi
Yunan yoqurtu – 1 stəkan
Çiyələk – 350 qram
Təzə limon suyu – 1/3 stəkan
Limon qabığı (rendələnmiş) – 2 çay qaşığı
Bal – 2 çay qaşığı və ya zövqə görə
Hazırlanma qaydası
Bütün ərzaqları – yunan yoqurtu, çiyələyi, limon suyunu, limon qabığını və balı blenderə tökərək yaxşıca qarışdırın. Alınan kütlə sıx və vahid olmalıdır.
Hazır qarışığı formalara tökün və dondurucuya yerləşdirin. Bu kütləni 5-6 porsiyaya bölmək olar. Hər dəfə bir porsiya qəbul olunur. Bu desert səhər yeməyi və ya günorta üçün uyğundur.
Nuş olsun!