Sabah Azərbaycanın bu ərazilərində qaz kəsiləcək
19 may 2025 19:51 (UTC +04:00)

Sabah Azərbaycanın bu ərazilərində qaz kəsiləcək

0

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Lent.az bildirir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Ələt-Astara" dəmiryol xəttinin "Ələt-Osmanlı" hissəsinin yenidən qurulması ilə əlaqədar Şirvan şəhəri, Bayramlı qəsəbəsinin M.Ə.Sabir və H.Cavid küçələrini təbii qazla təmin edən 108 mm-lik ortatəzyiqli yerüstü qaz xəttinin yeri dəyişdiriləcək.

Bu səbəbdən, mayın 20-də saat 10:00-dan etibarən işlər başa çatanadək Bayramlı qəsəbəsi M.Ə.Sabir və H.Cavid küçələrində (522 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Hacıqabul rayonu, Navahi qəsəbəsini təbii qazla təmin edən 250 mm-lik ortatəzyiqli yeraltı qaz xəttində kipliyin sınağı ilə əlaqədar, sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Navahi qəsəbəsi, Navahi kəndi və Pirsaat qəsəbəsində (1 231 abonent) qaz təchizatı daxildən dayandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1780

Oxşar yazılar