Saç tökülməsi adətən hiss olunmadan başlayır — yastıqda və ya daraqda bir neçə artıq saç teli ilə. Amma bədənin verdiyi ilk siqnalları görməməzliyə vurmaq olmaz. Nə qədər tez tədbir görülərsə, saç tökülmə prosesini dayandırmaq və saçların sıxlığını qorumaq şansı bir o qədər yüksək olar.
Lent.az xarici mediaya istinadla saç tökülməsinin səbəblərini təqdim edir:
Dermatoloq Yekaterina Bakikoya görə, həddindən artıq saç tökülməsi tez-tez rast gəlinir. Çox vaxt bu müvəqqəti xarakter daşıyır və öz-özünə keçir. Amma əgər siz artıq tökülmüş nahiyələr, seyrəklik və ya 6 aydan çox davam edən saç tökülməsi müşahidə edirsinizsə, məsələ ciddi ola bilər.
1. Panik etməyin
Əvvəlcə panik etməyə dəyməz. Əksər hallarda bu ciddi bir problem deyil. Əslində, ağır saç xəstəlikləri çox nadir hallarda olur. Saç tökülməsinin səbəbləri çox vaxt adi və geniş yayılmışdır.
2. Gün ərzində tökülən saçların sayını hesablayın
Saç hamıda tökülür, amma tökülmə intensivliyi fərqlənə bilər. Bunu yoxlamaq üçün:
Axşam başınızı yuyun, qurudun və saçınızı yığın. Belə halda bir gün gəzin. Sonra yenidən yuyun, qurudun, darayın və tökülmüş saçların sayını sayın. Bu metod dəqiq diaqnostika deyil, amma sizə təxmini vəziyyəti dəyərləndirməyə kömək edəcək – problem var, ya yox.
3. Son 6 ayda baş verənləri xatırlayın
Məsələn:
Pəhriz saxlamısınızmı?
Əməliyyat, doğuş və ya düşük keçirmisinizmi?
Yeni dərmanlar qəbul etmisinizmi?
Köç, stres, yüksək hərarət və ya infeksiya keçirmisinizmi?
Bu faktorlar tez-tez müvəqqəti saç tökülməsinə səbəb olur. Əksər hallarda bu, öz-özünə bərpa olunur və dərman tələb etmir. Amma əgər artıq 6 ay keçib və problem hələ də qalırsa, mütləq həkimə müraciət etmək lazımdır.
4. Tələsmədən analiz verin
Bir çox insanlar ilk addım kimi analiz verir, lakin bu zaman internet və ya dost məsləhətləri ilə uyğun olmayan analizlərə yönəlirlər. Bu isə:
Pul itkisinə səbəb olur,
Əsl səbəbi yox, analizləri “müalicə etməyə” başlayırsınız. Məsələn, həkim bildirib ki, insanlar daima ferritini artırmaqla və ya D vitamini “yüksəltməklə” məşğul olurlar, halbuki bunlar əsas səbəb olmaya bilər. Analizlər yalnız həkim xəstəni dəyərləndirib nə axtardığını dəqiq biləndə təyin olunmalıdır.
5. Mütləq həkimə müraciət edin
Saç tökülməsi hormonal pozğunluqlar (məsələn, qalxanabənzər vəz problemləri), vitamin və mineral çatışmazlığı, stres, infeksiyalar, autoimmun xəstəliklər və ya dərmanların yan təsirləri ilə bağlı ola bilər. Əgər səbəb vaxtında aşkar edilib müalicə olunmasa, saç tökülməsi daha da intensivləşə və ya hətta geri dönüşsüz ola bilər.
Əlavə olaraq, özbaşına seçilmiş şampun və əlavələr, problemin əsl səbəbi məlum olmadıqda, effektsiz ola bilər. Saç tökülməsinin qarşısını almaq üçün panik etmədən, vəziyyəti təhlil edib, həkimlə məsləhətləşmək və tələsmədən düzgün addımlar atmaq vacibdir.