Bakıda minik avtomobili mopedlə toqquşdu, TƏLƏBƏ ÖLDÜ  - YENİLƏNİB
19 may 2025 16:50 (UTC +04:00)

Bakıda minik avtomobili mopedlə toqquşdu, TƏLƏBƏ ÖLDÜ - YENİLƏNİB

Bakıda baş verən yol qəzasında ölən gən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

Lent.az xəbər verir ki, bu barədə Akademiya məlumat yayıb.

Bildirilir ki, Əşrəf Mirzəyev 4-cü kurs tələbəsi imiş.

***

saat 08:53

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Sadəddin Ağakişiyevin idarə etdiyi “Toyota Prius C” markalı avtomobil Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.

Qəza nəticəsində mopeddə sərnişin qismində olan Əşrəf Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948

Oxşar yazılar