Bel ağrınız tez keçəcək:  Fizioterapevtdən 3 effektiv hərəkət - VİDEO
19 may 2025 15:14 (UTC +04:00)

Bel ağrınız tez keçəcək: Fizioterapevtdən 3 effektiv hərəkət - VİDEO

Bel ağrısı hər ikinci yetkin insanın qarşılaşdığı problemdir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, lakin müntəzəm və sadə fiziki hərəkətlər təkcə narahatlığı azaltmır, həm də bu ağrının təkrar yaranmasının qarşısını ala bilər.

Ginader Kanadadakı Vaterloo Universitetinin onurğa biomexanikası üzrə professoru Styu MakGillin təcrübəsinə əsaslanan faydalı tövsiyələri bölüşüb. Professor uzun illər bel ağrılarını araşdırıb və evdə rahatlıqla tətbiq oluna bilən üç məşhur və təsirli hərəkət təqdim edib. Bu hərəkətlər çox dəyərlidir, çünki onlar onurğanı neytral və təhlükəsiz vəziyyətdə saxlayır, eyni zamanda qarın əzələlərinin müxtəlif sahələrini gücləndirir. Ən yaxşı tərəfi isə budur ki, bu hərəkətləri elə indi və heç bir avadanlıq olmadan edə bilərsiniz.

1. Əyilmə hərəkəti (Crunch modifikasiyası)

Ginaderin göstərdiyi ilk hərəkət - qarnın yuxarı əzələlərini aktivləşdirən əyilmə hərəkətidir.

Necə edilir

Arxası üstə uzanın. Bir dizinizi bükün, digər ayağınızı düz uzadın. Bir əlinizi belinizin altına, döşəməyə yerləşdirin. Başınızı və çiyinlərinizi azca qaldırın. Qarın əzələlərinizin sıxıldığını hiss etməlisiniz. Bel tam yerində qalmalıdır, tərpənməməlidir – bunu əlinizlə hiss edə bilərsiniz.

Pozanı 10 saniyə saxlayın, 5 dəfə təkrarlayın.

2. Dizlər üzərində yan plank

Növbəti tövsiyə olunan hərəkət - dizlər üzərində yan plankdır, bu da bədəni stabilləşdirməyə kömək edir.

Necə edilir

Dizlər və dirsək üstündə durun. Bir dirsəyi yerə dayayın, digər əliniz bədənin üstündə qalsın. Bədəniniz düz xətdə olmalıdır, yerə toxunan yalnız dirsək və dizlərinizin aşağı hissəsi olsun. Pozanı 10 saniyə saxlayın, 5 dəfə təkrarlayın. Bu hərəkət bədənin yan əzələlərini və nüvəni (core) möhkəmləndirir.

3. “İt–quş” hərəkəti (Bird-Dog)

Bu məşhur nüvə gücləndirici hərəkət onurğa stabilliyini artırmaq və ümumi gücü inkişaf etdirmək üçün edilir.

Necə edilir

Dörd ayaq üstə durun: dizlər və əllər yerə. Belinizi düz saxlayın. Yavaş-yavaş bir ayağınızı yuxarı qaldırın. Eyni zamanda, əgər bacarırsınızsa, əks əlinizi də irəli uzadın. Bel sabit qalmalıdır. Pozanı 10 saniyə saxlayın, 5 dəfə təkrarlayın.

Nə zaman həkimə müraciət etməli?

Bel ağrısı zamanı aktiv qalmaq və sadə fiziki hərəkətlər etmək tövsiyə olunur. Çünki bu ağrıların çoxu əzələlərin dartılması və ya yüngül zədələrlə əlaqədardır və öz-özünə keçə bilər. Lakin aşağıdakı hallarda ailə həkiminə müraciət etməyiniz vacibdir:

Ev şəraitində müalicədən sonra bir neçə həftə ərzində ağrıda yaxşılaşma yoxdursa. Ağrı gündəlik işlərə mane olursa. Ağrı şiddətlidirsə və zamanla artırsa. Ağrı dincəldikdən sonra keçmirsə və ya gecələr güclənirsə

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar