Ronaldo daha 2 mövsüm oynamaq  niyyətindədir
19 may 2025 19:46 (UTC +04:00)

Ronaldo daha 2 mövsüm oynamaq niyyətindədir

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldo bu il karyerasını bitirməyi planlaşdırmır. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun “Əl Nəsr”lə müqaviləsi mövsümün sonuna qədərdir, lakin o, 2026-cı il dünya çempionatına qədər oynamaq istəyir.

Ronaldo karyerasını harada davam etdirəcəyinə yaxın günlərdə qərar verəcək.

Bu mövsüm Ronaldo “Əl-Nəsr”ın heyətində 39 oyun keçirib, 33 qol vurub və 4 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256

Oxşar yazılar