Şvartseneggerin  100 yaşlı məşqçisi   yeni dünya rekordu qırdı
20 may 2025 05:15 (UTC +04:00)

Şvartseneggerin 100 yaşlı məşqçisi yeni dünya rekordu qırdı

Arnold Şvartseneggerin 100 yaşlı dostu və məşqçisi, veteran bodibilder Endrü Bostinto dünyanın ən yaşlı aktiv bodibilderi olub.

Lent.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Bütün zəruri tibbi müayinələrdən keçən Endrü Bostinto ABŞ-nin Florida ştatında keçirilən güc idmanı yarışında əla fiziki hazırlığını nümayiş etdirib. Qeyd olunur ki, o, ömrünün 87 ilini məşqə həsr edib.

"Heç vaxt tənbəllik etmək olmaz. İnsan özünə inanmalı və müəyyən bir rejimə əməl etməlidir", - deyə veteran bodibilder vurğulayıb.

100 yaşlı Endrünün gündəlik rejiminə güc məşqləri, kardio və ciddi pəhriz daxildir. Həkimlərin sözlərinə görə, onun fiziki göstəriciləri 65 yaşlı şəxsin səviyyəsinə uyğundur.

Əldə etdiyi uğurlara görə Bostinto əvvəlki rekordçu - 92 yaşlı Cim Arrinqtonu geridə qoyaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Qeyd edək ki, Arrinqton 1968-ci ildən bəri Şvartseneggerin müəllimi olub. Arni Münhendən Los-Ancelesə köçdükdən sonra məhz Arrinqton ona təlimlər keçib və maliyyə dəstəyi göstərməklə gələcək ulduzun potensialını üzə çıxarmağa kömək edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar