Çox bahadır:  İngilis klubu Virtsi almaqdan imtina etdi
20 may 2025 09:37 (UTC +04:00)

Çox bahadır: İngilis klubu Virtsi almaqdan imtina etdi

"Mançester Siti" "Bayer"in yarımmüdafiəçisi Florian Virtsi transfer etmək planlarından imtina edib.

Lent.az bildirir ki, BBC-nin məlumatına görə, ingilis klubu artıq 22 yaşlı futbolçunu transfer etmək fikrində deyil.

İmtinanın əsas səbəbi transferin baha olmasıdır. Müqavilənin gözlənilən məbləği və maaşı nəzərə alsaq, Virtsin transferinin ümumi dəyəri 300 milyon avro ola bilərdi ki, bu da "Mançester Siti" üçün rekord sayılacaqdı.
 
 “Bayer” futbolçunun transferindən təxminən 150 milyon avro qazanmağı planlaşdırır. 

Yarımmüdafiəçi üçün "Bavariya", "Real" və "Liverpul" kimi klublar da iddialıdır.

Bu mövsümdə Virts Almaniya klubunda 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298

Oxşar yazılar