Da Vinçinin "Sonuncu şam yeməyi"  - Bilinməyən DETALLAR
19 may 2025 17:59 (UTC +04:00)

Da Vinçinin "Sonuncu şam yeməyi" - Bilinməyən DETALLAR

“Sonuncu şam” freskasının yaradılma tarixi dəqiq məlum deyil, lakin incəsənət tarixçiləri Leonardo da Vinçinin bu əsəri 1494–1498-ci illər arasında çəkdiyini hesab edirlər.

Lent.az xarici mediaya istinadla əsər haqqında maraqlı faktları təqdim edir.

Bir tərəfdən, süjet izləyici üçün kifayət qədər anlaşıqlıdır: İsa Məsih axşam yeməyi zamanı həvariləri ilə birlikdə süfrə arxasında əyləşib. Lakin söhbət adi bir şəkildə davam etmir, çünki məhz bu an Allahın oğlu oradakılara bildirir ki, onun şagirdlərindən biri tezliklə həm inancını, həm də ona yaxın olan bir insanı – yəni Məsihi – xəyanətə uğradacaq.

Leonardo da Vinçinin yaradıcılığa yanaşması həqiqətən də heyranedicidir. Rəssam bəzən lazımi obrazı tapa bilmədiyi üçün əsərində bəzi hissələri uzun müddət boş saxlayırdı. Demək olar ki, hər bir obrazı Da Vinçi böyük çətinliklə ərsəyə gətirirdi. Məsələn, Yəhuda obrazı uzun müddət boş qalmışdı, ta ki, bir gün italyan sənətkar xəndəkdə sərxoş və cırıq paltar geyinmiş bir kişi görəndə bu obrazı canlandıra bilir.

Növbəti fakt isə bu günə qədər incəsənətsevərləri heyrətə gətirir: İsa və Yəhuda obrazları eyni adamın simasından ilhamlanaraq çəkilmişdir. Leonardo da Vinçi bununla göstərmək istəyirdi ki, işıqla qaranlıq arasında göründüyündən daha çox ortaq cəhət var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1802

Oxşar yazılar

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

14 avqust 2025 , 13:15