Qripə qarşı peyvənd olunun - BAŞ İNFEKSİONİST
04 sentyabr 2020 19:54 (UTC +04:00)

Qripə qarşı peyvənd olunun - BAŞ İNFEKSİONİST

"Havaların soyuması, payız fəslinin gəlməsi hava-damcı infeksiyalarını fəallaşdırır. Bu, virusların soyuğa davamlı olması ilə bağlıdır”.

Bunu Lent.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, hava-damcı infeksiyalarının fəallaşması xəstəliklərin yayılmasına təsir göstərən faktorlardan biridir: “Payız-qış mövsümündə qrip  xəstəliklərinin yayılmasının qarşısını almaq üçün ölkəyə 4 valentli qrip əleyhinə peyvəndin gətirilməsi nəzərdə tutulub. Yaxşı olar ki, insanlarımız qorunmaq üçün bu peyvəndən istifadə etsinlər. Doğrudur, peyvənd respirator xəstəliklərdən qorumur. Ən azı qripin 4 ştammından qoruyur, bu da koronavirusun yayılmasına qarşı müəyyən önləyici tədbir kimi həyata keçirilə bilər”.

C.İsayev bildirib ki, peyvəndin ölkəyə gətirilməsi və tətbiqi oktyabr-noyab ayları üçün nəzərdə tutulur.

Onun sözlərinə görə, daha çox yuxarı yaş qrupundan olanların, eləcə də yanaşı xəstəliyi olan insanların peyvəndən istifadə etməsi məsləhətdir ki, onlarda xəstəliyə qarşı immunitet yaransın: “İldə nə qədər insanın qripə qarşı peyvənd olunduğunu deyə bilmərəm. Amma bu il peyvənd etdirmək tövsiyə olunur”.

C.İsayev onu da bildirib ki, mövsüm dəyişikliyi ilə əlaqədar insanlar xəstəlikdən qorunmaq üçün qidalanmalarına, yuxu rejimlərinə diqqət etsələr yaxşı olar.

     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4410

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38